Baş nazir maaşları artırdı - 5 manat

10 Fevral, 2018 08:45 | Sosial | Baxış sayı: 445
Küçələri təmizləyən qadın
Küçələri təmizləyən qadın

Artım xadimə, bağban, gözətçi maaşlarında olub

Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin vəzifə maaşları artırılıb.

Artım xadimə, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərə şamil edilib. Bu barədə qərarı Baş nazir Artur Rasi-zadəi mzalayıb.

Qərara əsasən adıçəkilən işçilərin maaşı 125 manatdan 130 manata qaldırılıb.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.