Bakıda Bayıl sürüşür - evlər uçur, işıq dirəkləri aşır

10 Fevral, 2018 15:54 | Sosial | Baxış sayı: 423
Sürüşmə zonası - Bayıl, Bakı
Sürüşmə zonası - Bayıl, Bakı

Bakıda Bayıl yamacında yenidən sürüşmə baş verib və sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb.

İstiess-in məlumatına görə, yerli sakinlər mətbuata bildirblər ki, baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.  Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. 

Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailə siyahıya alınıb. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının  ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb. 
 
Ərazidə sürüşmə prosesi davam edir və Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir.