Bakıda bir gündə 3500-dən artıq avtomobil cərimələndi

10 Yanvar, 2019 15:42 | Sosial | Baxış sayı: 84

Qanunsuz parklanma kameralar vasitəsi ilə fasiləsiz qeydə alınır

Bakıda insan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub.

İstiPress-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib. 

Qeyd edək ki, artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin, A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulması halları qeydə alınır.