Bakı Avtovağzalına giriş-çıxış qiymətləri dəyişdi

10 Yanvar, 2019 17:30 | Sosial | Baxış sayı: 188
Bakı avtovağzalı
Bakı avtovağzalı

Verilən vaxt limiti ləğv olunub

Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ləğv olunaraq yeni tariflər müəyyənləşdirilib. 

İstiPress-in məlumatına görə, bu barədə BBA-nın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

O bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişilib: “Belə ki, yeni tariflərə əsasən 0-2 saat - 1 AZN, 2-6 saat - 2 AZN, 6-12 saat - 3 AZN, 12-24 saat -  4 AZN müəyyən olunub. 

Yeni qayda ötən ayın 1-dən etibarən tətbiq olunur. Dəyişikliyə səbəb isə sürücülərin yuxarı girişi keçid məntəqəsi kimi istifadə edərək sıxlıq yaratmasıdır. Eyni zamanda, sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi”.