Azərbaycan yenə qara büründü FOTO

10 Yanvar, 2019 09:35 | Sosial | Baxış sayı: 341
Qarlı hava
Qarlı hava

Şimal regionunda qar yağışı ötən gün axşamdan başlayıb

Bu gecə Şimal bölgəsində yenidən qar yağıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, ən çox yağıntı Quba ərazisində, Qrız kəndində müşahidə edilib. 

Quba ərazi Hidrometerologiya İdarəsinin məlumatına görə, qarın bu kənddə hündürlüyü 12 sm-ə çatıb. Rayon mərkəzinə isə 10 sm qar düşüb.

Ən ucqar kəndlərdən olan Xınalıq da ağ örpəyə bürünüb. Ən çox şaxta da məhz bu kənddə qeydə alınıb -9 dərəcə.

Qusarda da bənzər vəziyyət hökm sürür. Hazırda da regionda şaxtalı-qarlı hava şəraiti davam edir. Qarın yağması hələlik hər hansı problem yaratmayıb.

Xatırladaq ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin gözlənilən hava ilə bağlı xəbərdarlıq etmişdi. Azərbaycanın rayonlarında yanvarın 09-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı,  gecə və səhər bəzi rayonlarda yağıntılı olacağı gözlənilirdi. 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.