Bakıya ilk qar yağır

10 Yanvar, 2018 10:29 | Sosial | Baxış sayı: 432
Qarlı hava
Qarlı hava

Bu gecə ən çox qar düşən ərazilərin adları açıqlandı

Bakıya bu ilin ilk qarı yağmağa başlayıb. Qar əvvəlcədən xəbərdarlıq edildiyi kimi gecə boyu davam edən güclü küləkdən sonra müşahidə edilir. 

Azərbaycanda yanvarın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 9-u gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 09-u axşamdan 10-u səhərədək hava dəyişib, qeyri-sabit olub, bəzi rayonlarda, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, ayrı-ayrı yerlərdə sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Qusarda 11, Qubada 10, Şabranda 5, Sarıbaş, Astara, Altıağacda 4, Xınalıqda 3, Şahdağ, Xaltanda 2, Mərəzə, Balakən, Göytəpə, Lerik, Kişçayda 1, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Binə, Pirallahı, Zabratda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 13, Şahdağda 12, Quba, Xınalıqda 10, Qusar, 8, Altıağacda 7, Sarıbaşda (Qax) 6, Xaltanda 4, Rvarud, Lerikdə 2, Mərəzə, Şabranda 1, Qubanın dağlıq ərazilərində 4-13 sm təşkil edib.

Departamentdən İstiPress-ə verilən məlumata görə,  qeyri sabit hava şəraiti yanvarın 11-dək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.