Türk şeyxdən fətva "Hamamda çılpaq çimmək haramdır" - VİDEO

10 Yanvar, 2017 11:28 | Sosial | Baxış sayı: 135
Kərəm Önder
Kərəm Önder

"Müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir"

Türkiyədə özünü "şeyx" kimi təqdim edən Kərəm Önder qeyri- adi məsləhətlər görüb. İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, şeyxin fikrincə  müsəlman kişi və ya qadın hamamda olarkən əsla çılpaq çimməməlidir. Belə ki,  "müsəlman hamamda olanda orada cinlər və şeytanlar tərəfindən izlənilir".

"Hamamda olarkən ayaqyoluna getmək haramdır. Bu, ən böyük murdarçılıqdan, iyrəncliklərdən biridir. Mömin müsəlman əvvəlcə ayaqyoluna, sonra hamama getməlidir. Üstəlik, hamamda çılpaq olmaq da günahdır. Hamam çirklənmə yox, təmizlənmə yeridir. Buna görə də hamamda böyük və ya kiçik abdəst olmaz. Əks təqdirdə şeytanlar vəsvəsə verər".

O, qeyd edib ki, "Cinlərlə şeytanlar daim pusqudadır. Müsəlman hamama  girən kimi o pusqudakı cinlərlə şeytanlar müsəlmana baxmağa başlayırlar. Müsəlman kişi, yaxud qadın hamamda olanda, çiməndə mütləq, amma mütləq diz qapaqları ilə göbəyi arasındakı yerləri örtməli, qapatmalıdır. Çılpaq, lüt çimənləri cinlər görür və bu adamlar cinlərin felinə uyurlar. Hədisdə də deyilib: "Kim gecə çılpaq yuyunarsa, sonra özündə dəlilik əlaməti görərsə - özündən savayı kimsəni qınamasın!"