Tanınmış şair vəfat etdi

09 Noyabr, 2019 11:24 | Sosial | Baxış sayı: 240

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib

Tanınmış şair İltifat Saleh 84 yaşında dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, İ.Saleh Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibi olub.

O, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Mərhumun dəfn mərasimi saat 10.00-da Liman şəhərində başlayıb.

Allah rəhmət eləsin!