Yeni ilə Bakıda 2 yeni metro stansiyası açılacaq

09 Noyabr, 2018 10:01 | Sosial | Baxış sayı: 133
Bakı metrosu
Bakı metrosu

“Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb

Hazırda Bakı Metropoliteninin III - Bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

İstiPress-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: “Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır”.