9 mərtəbəli binada qaz partlayışı - ölənlər var YENİLƏNİB

09 Noyabr, 2017 19:42 | Sosial | Baxış sayı: 2131
İjevskidə dağılan bina
İjevskidə dağılan bina

Dağıntılar altında insanlar hələ qalmaqdadır

İjevskdə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, dağıntılar altından 6 nəfərin cansız bədəni çıxarılıb. Ölənlər arasında azyaşlı da var. 

Hadisə yerində xilasedicilərin işi davam edir. Dağıntılar altında insanların qaldığöı ehtimal edildiyi üçün xilasetmə işlərinin sutka ərzində dayanmadan aparılması planlaşdırılır. 

Saat 19:42 (09.11.2017)

Rusiyanın Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

İstiPress-in "RİA"ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 8 mənzildən ibarət 9 mərtəbəli blok dağılıb.

Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralı xəstəxanaya aparılıb. 

Rusiya FHN-in məlumatına görə, mənzillərdə 28 adam yaşayıb və dağıntılar altında insanlar hələ qalmaqdadır.

Qaz partlayan bina - İjevsk, 9 noyabr 2017-ci il
Qaz partlayan bina - İjevsk, 9 noyabr 2017-ci il
Qaz partlayan bina - İjevsk, 9 noyabr 2017-ci il
Qaz partlayan bina - İjevsk, 9 noyabr 2017-ci il