145 min dollarlıq “Gelandewagen”i it elanına çevirdi - FOTO

09 Noyabr, 2017 19:25 | Sosial | Baxış sayı: 325
Mercedes-Benz Gelandewagen avtomobili
Mercedes-Benz Gelandewagen avtomobili

Moskva sakini itirdiui Çixua tipli köpəyi tapmaq üçün qəribə üsula əl atıb.

İstiPress-in “life.ru”ya istinadən verdiyi məlumata görə, o, öz «Mercedes-Benz Gelandewagen» avtomobilinin üzərinə elan yazaraq, köpəyi tapana 150 min rubl (təxminən 2500 dollar) mükafat verəcəyini bildirib.

Elanın şəkli həm də “360tv” teleqram-kanalına yerləşdirilib.  Rusiya KİV-lərinin yazdığına görə, o, itmiş köpəyini artıq tapıb.

Qeyd edək ki, Rusiya bazarında 2017-ci il istehsalı “Mercedes-Benz Gelandewagen” avtomobillərinin qiyməti 145 min dollardır. 

“Gelandewagen”in üzərindəki elan
“Gelandewagen”in üzərindəki elan