Sabahdan bu yol da bağlanır

09 Oktyabr, 2019 16:01 | Sosial | Baxış sayı: 73
Yol
Yol

Sürücülər tıxacda qalmamaq üçün alternativ yollar tapmalıdırlar

Sabahdan bakının daha bir küçəsində təmir başlayır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, söhbət Səbail rayonu Abbasqulu Abbaszadə küçəsindən gedir. 

Təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.