Bu gün bu ərazilər qazsız qalacaq

09 Oktyabr, 2019 11:41 | Sosial | Baxış sayı: 50
Qaz borusu
Qaz borusu

Bəzi borularda sızmalar aşkar edilib

Bu gün Bakının bu hissələrində qaz olmayacaq. "Azəriqaz"dan verilən məlumata görə, “Qaz İxrac” İdarəsinin “Ərəblinka” orta təzyiqli qaz xəttində aparılacaq sazlama işləri ilə bağlı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Z.Bünyadov, Anaşkin, Ş.Kamilov küçələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Eyni idarəyə məxsus “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyasında yeni quraşdırılmış modul tipli stansiya şəbəkəyə birləşdiriləcək. Bu işlər görülən zaman Abşeron rayonunun Pirəkəşkül, Çaylı və 28 may qəsəbələrində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

“Qaz İxrac” İdarəsinin “Qarabağ” ölçü qovşağı üzrə aşkarlanan qaz sızmalarının aradan qaldırılmasına başlayıb. Bu müddət ərzində Yevlax rayon mərkəzinin bir hissəsi və bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Saat 11:30-dan isə “Altıağac-Ağsu” magistral qaz kəmərində aparılacaq profilaktik işlər ilə bağlı Şamaxı rayonunun bir neçə kəndinin qaz təminatında fasilələr yaranacaq.