Qadın maşinist işə götürüldü - Metroda ilk

09 Oktyabr, 2018 15:21 | Sosial | Baxış sayı: 80
Bakı metrosu
Bakı metrosu

Rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub

"Bakı Metropoliteni"ndə ilk dəfə qadın maşinist fəaliyyət göstərəcək. 

IstiPress-in məlumatına görə, hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçim prosesi başa çatıb.

Seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olunsa da, onlardan cəmi 17 nəfəri bütün mərhələlərdən keçə bilib. Maraqlıdır ki, paytaxt metropoliteni tarixində ilk dəfə qadınların bu peşəyə yiyələnməsinə imkan yaradıb. Müraciət edən qadınların sayı 10-dan artıq olsa da, müsahibə mərhələsində onlardan yalnız 3-ü iştirak etmək istəyib. Bütün mərhələləri yalnız bir qadın uğurla keçərək, təlim-tədris prosesinə qatılıb.

Hazırda bütün mərhələlərdən keçmiş 17 iddiaçı 5-6 ay müddətinə nəzərdə tutulmuş təlim-tədris kursuna başlayacaq.
Təlimlərin hər mərhələsində imtahanlar təşkil ediləcək və müvafiq hazırlıq səviyyəsinin tələblərinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.