Bağça-məktəb qidaları dəyişir - "yaşıl", "sarı" və "qırmızı" vərəqlən hazırlandı

09 Sentyabr, 2019 12:48 | Sosial | Baxış sayı: 72
Bağça
Bağça

Qida Təhlükəsizliyi Agentliyi təhlükəsizliyə nəzarət edəcək

Səhiyyə Nazirliyi məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə uşaqlar üçün qida rasionunun hansı formada olması ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra AQTA həmin qidaların nə qədər təhlükəsiz olduğuna nəzarət edəcək: "Biz tövsiyə üçün "yaşıl", "sarı" və "qırmızı" vərəqələr də hazırlamışıq. "Yaşıl" vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlar üçün hansı qidaların qəbuluna tamamilə icazə verilməli olduğu qeyd edilib. "Sarı" vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır. "Qırmızı" vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar Qida Təhlükəsizliyi Agentliyinin mövqeyidir".

Bundan başqa yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik.