Sabah yay geri qayıdır - 1 günlük

09 Avqust, 2019 13:19 | Sosial | Baxış sayı: 146
Hava proqnozu
Hava proqnozu

Havanın temperaturu 36 dərəcəyə kimi yüksələcək

Şənbə günü yağmursuz hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sinoptiklərin proqnozuna görə, şənbə günü temperatur cüzi artsa da, bazar günündən hava yenidən soyuyacaq. Avqustun 11-də yenidən paytaxtda şimal küləyinin güclənməsi gözlənilir.Havanın temperaturu aşağı enəcək.