Nazirlik maşın payladı

09 Avqust, 2019 13:53 | Sosial | Baxış sayı: 72
Əlillərə verilən maşın
Əlillərə verilən maşın

Yeni avtomobillər Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qeyd edib ki, 2019-cu ildə nazirlik  tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib.

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi  planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. 

Qeyd edək ki, nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6424, o cümlədən cari ilin ötən dövründə 280 avtomobil verilib.