Bakıdakı leysana görə qatarlarda ləngimə başladı

09 Avqust, 2019 10:49 | Sosial | Baxış sayı: 38
Bakkı Sumqayıt qatarı
Bakkı Sumqayıt qatarı

Qatarların sürətinə məhdudiyyət qoyulub

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

Hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulub. Ləngimələr də məhz bununla əlaqədardır.

Qeyd edək ki, bu səhər Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.