Azərbaycanda 99 yaşlı qadına şəxsiyyət vəsiqəsi verildi - FOTO

09 Avqust, 2019 16:33 | Sosial | Baxış sayı: 77

İlk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib

Azərbaycanda 99 yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verilib.

İstiPress-in məlumatına görə, bununla bağlı müraciət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 1920-ci il təvəllüdlü Tuyğun İmran qızı Mustafayeva ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib.

Həmin vətəndaşın şəxsiyyət vəsiqəsi avqustun 9-da Bərdə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən ona təqdim olunub.