Əli Həsənovdan qalmaqallı qəza ilə bağlı YENİ AÇIQLAMA

09 Avqust, 2017 21:11 | Sosial | Baxış sayı: 2756
Əli Həsənov
Əli Həsənov

Zərərçəkənlər şəxsi təyyarə vasitəsilə Türkiyəyə çatdırılıb

Baş Nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşının vurması nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var.

İstiPress Yenicag.az saytına istinadən xəbər verir ki, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.

Məlumata görə, bu prosesdə bütün xərcləri “Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.

Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.