Dövlət İmtahan Mərkəzi son vaxtı açıqladı

09 Avqust, 2017 16:37 | Sosial | Baxış sayı: 197
Qəbul imtahanı
Qəbul imtahanı

İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərə müraciət edib. DİM-dən İstiPress-ə verilən xəbərə görə, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir. 

Bildirilib ki, ixtisas seçimi sabah  saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Bu gün saat 17:10-a olan məlumata görə, 41360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 750  abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.