Bayraq Meydanında nə baş verir? FOTOLAR

09 Avqust, 2017 10:40 | Sosial | Baxış sayı: 1763
Bayraq meydanı
Bayraq meydanı

"İşlər hələ ki, ancaq bayraq dirəyi ilə bağlıdır"

"Bakıdakı Dövlət Bayraq Meydanında başayan işlər hələ ki, ancaq bayraq dirəyi ilə bağlıdır". Bu barədə məlumatı İstiPress-ə meydanın sökülmsi barədə iddialar barədə açıqlama verən Dənzikənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Ginnesin Rekordlar kitabına düşmüş dirəyi 5-7 ildən bir əsaslı təmir edilməlidir və bu, bu günlərə təsadüf edib. "Hazırda dirəyin hissələrinə planlı texniki baxış keçirilir. Real işə 3-4 gündür başlamışıq. Bunun üçün ərazidə çoxsayda böyük kran quraşdırılıb".

İdarə rəsmisi meydanın ətrafında çox sayda texnikanın quraşdırılmasını təhlükəsizliklə əlaqələndirib. Onun sözlərinə görə, Bayraq Meydanı dənizkənarı bulvarın insanların gur olduğu hissəsinə, ana yola və yaşayış məhəllərinə yaxın olduğuna görə ərazi ətrafdan mühafizə-təhlükəsizlik tədbirləri ilə təcrid edilib.

Təmirin nə zaman bitəcəyi isə dəqiq bəlli deyil. 

Dövlət Bayraq Meydanı
Dövlət Bayraq Meydanı

Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də baş tutub. 

20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Kəmalə Məcidzadə / İstiPress