Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqlənib

09 İyul, 2020 10:53 | Sosial | Baxış sayı: 135

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicəsində istifadə olunması üçün daha bir dərmanı dövlət reyesterində qeydiyyata alıb.

İstiPress-in məlumatına görə, bu, “Koronavir” adlı dərmandır. Preparat “R-Farm” firması tərəfindən hazırlanır.

Bundan əvvəl Rusiyada daha iki dərman koronavirusun müalicəsi üçün təsdiqlənmişdi. Bunlar “Areplivir” və “Avifavir” mdərmanları idi.