Ermənistanda koronavirusa yoluxanları sayı 30 mini keçdi

09 İyul, 2020 14:56 | Sosial | Baxış sayı: 21
Koronavirus Ermənistanda
Koronavirus Ermənistanda

Ermənistanda son sutka ərzində daha 526 nəfərdə koronavirus aşkarlanıb və yoluxanların ümumi sayı 30 min 346 nəfərə çatıb.

İstiPress-in məlumatına görə, bunu ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilir ki, ötən gün həm də virusa yoluxan daha 14 nəfər ölüb və həyatını itirənlərin sayı 535 olub.

İndiyədək 18 min xəstə sağalıb. Hazırda 11 641 nəfər infeksiyadan müalicə olunur.