Bakıda koronavirusa qarşı mübarizə aparan həkim reanimasiyaya düşdü

09 İyul, 2020 12:56 | Sosial | Baxış sayı: 118
Cavid Paşayev
Cavid Paşayev

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, Cavid Paşayev hazırda reanimasiya şöbəsindədir. Bildirilir ki, virus 3 gün ərzində onun bədənində inkişaf edib və Paşayevin ciyərinin əksəriyyəti zədələnib.

C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda o da bildirilir ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.