Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm

09 İyul, 2020 10:23 | Sosial | Baxış sayı: 43
Koronavirus
Koronavirus

Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

IstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 355 koronavirus testi aparılıb.