FHN kanat qəzası ilə bağlı açıqlama yaydı

09 İyul, 2018 17:55 | Sosial | Baxış sayı: 87
kanat hazir
kanat hazir

Fövqəladə Hallar Nazirliyi Qubada oteldə baş verən qəza ilə bağlı məlumat yayıb. 

İstiPress-in şimal bürosunun məlumatına görə, ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb.

Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırmalar aparılır.