Azərbaycanda iş axtaran müəllimlər rekord vurdular

09 İyul, 2018 11:35 | Sosial | Baxış sayı: 953
İmtahan verən müəllimlər
İmtahan verən müəllimlər

İşə qəbul üçün ərizə qəbulu bitdi

Bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd verənlərin sayı rekord həddə çatıb. İyulun 2-dən 8-dək davam edən prosesdə 50 min 697 nəfər müəllim olmaq olmaq istəyən şəxs miq.edu.az saytında qeydiyyatdan keçib.

Xatırladaq ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərdilər.

İmtahanların iyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulur. Keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.