"Xətai" bağlanır

09 İyun, 2018 16:30 | Sosial | Baxış sayı: 131
Ş.İ.Xətai stansiyası
Ş.İ.Xətai stansiyası

Stansiyada təmir aparılacaq

Metronun daha bir stansiyası -  “Xətai” təmirə bağlanır. Təmir bu il başlayacaq. Təmir zamanı stansiyanın yerüstü vestibülü və eskalatorları dəyişdiriləcək.

“Xətai” stansiyasının bu ilin oktyabr-noyabr aylarında təmir bağlanması nəzərdə tutulub. 

Xatırladaq ki, bir neçə gün öncə bir ilə yaxın davam edən təmirdən sonra "Sahil" stansiyası sərnişinlərin istifadəsinə verilib. Açılışda prezident İlham Əliyev də iştirak edib.