Polis sakinlərə maska payladı

09 May, 2020 14:46 | Sosial | Baxış sayı: 113

İnsanlara rejim qaydaları barədə məlumatlar verilir

Qusar polisi sakinlərə tibbi maska paylayıb. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə
maarifləndirici söhbətlər aparılır, rejim qaydaları barədə məlumatlar verilir. 

Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində yerləşən poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sosial məsafənin qorunmasının zəruriliyi barədə məlumatlar verilir, onlara tibbi maska paylanılır.