Müəllimlər üçün imtahan olacaq

09 May, 2019 09:08 | Sosial | Baxış sayı: 468
Sinif
Sinif

Qeydiyyat mayın 11-dək aparılacaq

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.