Sabah Bakının bu yolları bağlanacaq SİYAHI

09 May, 2018 10:50 | Sosial | Baxış sayı: 128
Yol polisi
Yol polisi

Məhdudiyyət səhər saat 08:00-dan başlayacaq

Sabah ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd ediləcək. Bu münasibətlə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək.

Ümumilli liderin xatirəsini anmağa gələn vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti – Fəxri Xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.