Azərbaycanda doğuş zamanı növbəti faciə

09 May, 2017 12:36 | Sosial | Baxış sayı: 141
Körpə əli
Körpə əli

Onların meyiti ekspertiza üçün Bakıya gətirilib

Sumqayıtda doğuş zamanı ana və körpəsi ölüb. 

Sumqayıt şəhər 1 saylı Doğum evindən İstiPress-ə verilən məlumata görə, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Ana və körpənin meyiti Bakıya gətirilib. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məsələyə aydınlıq gələcək. 

Faktla bağlı araşdırma aparılır.