Bakıya yenə sarı tor çəkilir

09 Aprel, 2019 13:39 | Sosial | Baxış sayı: 89
Sarı tor
Sarı tor

Mərkəzi yol səhərə kimi bağlı olacaq

Bakıda daha bir kəsişmədə sarı tor nişanlanması təşkil ediləcək. Növbəti belə nişanlanma bu axşam S.Vurğun və M.Füzuli küçələrinin kəsişməsində olacaq. 

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.