Qarın və küləyin qəfil yaxaladığı 3 rayon

09 Fevral, 2020 14:07 | Sosial | Baxış sayı: 263

Qəza briqadası gecə saatlarından fəsadların aradan qaldırılması ilə məşğul olub

İlin ən çox qarının yağdığı günün Milli Məclisə keçirilən növbədənkənar seçkilərin keçirilməsi gününə təsadüf etməsi  qurumları gücləndirilmiş rejiminə keçirib.

İstiPress-in şimal bürosuna Quba, Qusar, Xaçmaz rayon İH-lərindən verilən məlumata görə, qarın yağması yollarda hər hansı problem yaratmayıb.

Hava şəraitinin qəfil dəyişməsi, küləyin sürətinin çox olması Xaçmazın 8-ə yaxın kəndində enerji problemi yaşadıb, gecə saatlarından bir neçə kənddə işıq olmayıb. Azərişıq ASÇ-nin rayon şöbəsinin qəza briqadası gecə saatlarından fəsadların aradan qaldırılması ilə məşğul olub. Bir az öncə enerji bərpa edilib. Küləyin dağıtdığı xətlərin sovet dövründən qalma köhnə  xətt olduğu deyilir. Artıq Xaçmaz rayon İH rəhbərliyi də köhnə xətlərin yenilənməsi üçün aidiyyatı qurumlara yenidən  müraciət edib.

Analoji problem Şabran rayonunda da müşahidə edilib.

Quba və Qusar ərazilərində qar örtmüş dağ kənd yolllarının qardan təmizlənməsi işləri aparlır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Quba rayon şöbəsinin əməkdaşları Quba-Xınalıq yolunun mütəmadi təmizlənməsini aparırlar. Yolun qar basmış 22-ci km-dən 57-ci km-dək ağır texnika ilə yollar tam təmizlənib.