Bakıda avtobuslarda yenilik - FOTO

09 Fevral, 2020 13:43 | Sosial | Baxış sayı: 110

Sürücülərə təlimat xarakterli mesajlar göndərilib

Bakıda ictimai nəqliyyatda yenilik tətbiq edilib. 

İstiPress-in məlumatına görə, Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülməyə başlanıb. 

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı “sürücü ekranı” cihazları vasitəsilə əldə edirlər. 

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.