Azərbaycanın ən məşhur kəndinə 43 sm qar yağdı

09 Fevral, 2020 12:08 | Sosial | Baxış sayı: 202

Gecə 15,4 dərəcə şaxta olub

Bu gecə şimal bölgəsində ən çox qar Qubanın Xınalıq kəndinə yağıb - 43 sm.

İstiPress-in şimal bürosuna Quba ərazi hidrometerologiya müəssisəsindən verilən məlumata görə, Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xızının Altıağac qəsəbəsində 36 sm təşkil edir. Bölgənin bütün ərazilərinə qar düşüb. Dağlıq ərazilərdə qar yağışı davam edir.

Bölgədə həm də hava şaxtalı olub. Ən çox şaxta Qrız kəndində qeydə alınıb - 15,4 dərəcə.