Erməni həkimləri çayı sidik əvəzinə qəbul ediblər

09 Fevral, 2018 19:55 | Sosial | Baxış sayı: 253
Analiz
Analiz

Ermənistanın Masis şəhərinin xəstəxanasının direktoru Nune Avanesyan rəhbəri olduğu xəstəxanının laboratoriyasını dəmləmiş çayı sidik adı altında analizə verib və analiz cavabı alıb.

İstiPress-ə  məlumatına görə, bu barədə “Armenpress” bildirib.

Avanesyan bildirib ki, rəhbərlik etdiyi xəstəxanının laboratoriyasının yanlış cavablarından şikayət çox imiş. Buna görə o, nəticələri özü yoxlayıb. O, öz qanının müxtəlif adlar altında analizə verib və fərqli cavablar alıb. Daha sonra o, sidik adı altında dəm çayını analizə verib və bütün komponentlər - eritrositlər, leykositlər, epiteliya üzrə cavablar alıb.

Hazırda laboratoriyanın 15 işçisindən 8-i işdən çıxmaq barədə ərizə yazıb.