Tanınmış həkim qadınları çılpaq çəkib rus saytlarına qoyurmuş

09 Yanvar, 2019 20:36 | Sosial | Baxış sayı: 402
Əxlaqsız həkim
Əxlaqsız həkim

Gizli yaxa kamerası istifadə edirmiş

Türkiyənin İzmir şəhərində yerləşən "Dokuz Eylül" universitetinin tibb fakültəsinin əməkdaşının müayinə etdiyi qadınların çılpaq görüntülərini gizli çəkərək rus saytlarına yerləşdirdiyi aydın olub. 

İstiPress-in "Hürriyet"ə istinadən məlumatına görə, xəbər sosial mediada yayılandan sonra polis istintaqa başlayıb. Həkimin evində, iş yerində və avtomobilində axtarışlar aparılıb, 2 telefon və 3 hard diski müsadirə edilib. Əxlaqsız həkim həbs edilib. 

Videosunun internetdə yerləşdirildiyini eşidən gənc bir qadın sonra polisə müraciət edərək bildirib: "Videonu gördükdə mənim 4 yanvarda "Dokuz Eylül" universitetində döş müayinəsində olduğum zaman çəkildiyini gördüm. Kimsə bu videonu çəkə bilməzdi, yəqin ki, doktor yaxa kamerası istifadə edib",- deyə bildirib.