Dünyanın sonu: Böyük Səhraya qar yağdı - FOTO, VİDEO

09 Yanvar, 2018 15:50 | Sosial | Baxış sayı: 679
Böyük Səhrada qar
Böyük Səhrada qar

Xristian teoloqlar Antixristin gələcəyindən qorxurlar

Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığında Böyük Səhraya ikinci dəfə qar yağıb.

İstiPress-in məlumatına görə, “Daily Mail” bildirib ki, bu günlərdə yağmış qar təxminən 40 santimetr təşkil edib. Amma axşam saatlarına qar əriyib, çünki havada 5 dərəcə istilik olub. 

Son 37 il ərzində Böyük Səhrada üç dəfə qar yağıb, sonuncu dəfə qar bir ili qabaq - 2016-cı ilin sonunda yağıb.  Onda qar bir sutka yerdə qalıb və yerli sakinlər havanın bu qəribəliyinə heyrət ediblər.  Sosial şəbəkələrdə paylaşılan videolardan görünür ki, sakinlər bu il qarı sevinclə qarşılayıblar və uşaqlar həvəslə qar üstündə sürüşürlər.  

Ümumiyyətlə, Böyük Səhraya qar yağmasını xristian teoloqlar dünyanın sonunun yaxınlaşması və Antixristin, yəni Dəccalın gəlməsi kimi dəyərləndirirlər.     

Böyük Səhrada qar
Böyük Səhrada qar
Böyük Səhrada qar
Böyük Səhrada qar
Böyük Səhrada qar