Bakıda dünən intihar etmiş şairin son şeiri

09 Yanvar, 2018 13:40 | Sosial | Baxış sayı: 321
Məlik Cahan
Məlik Cahan

Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı lerikli tələbə Məlik Cahangirov Məlik Cahan imzası ilə şeirlər yazırmış.

İstiPress-in məlumatına görə,  Məlik Cahan "Facebook" səhifəsində paylaşdığı son şeirində intihar etdiyi yerin fotosunu paylaşıb.  

Məlik Cahan yanvarın 8-də saat 16:45-də özünü dənizə ataraq intihar edib. Son şeiri aşağıdakıdır: 

Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil, başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.

Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.

Öyrəşir... Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur...

Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən 
eşidilir azan səsi...

Məlik Cahan
31.12.2017