Alpinistləri jurnalistlər axtaracaq

09 Yanvar, 2018 14:56 | Sosial | Baxış sayı: 145
Alpinistlərin axtarışı
Alpinistlərin axtarışı

Fövqəladə Hallar Nazirliyi bir qrup jurnalisti Qubaya aparıb.

İstiPress-in məlumatına görə, səfərin təşkilində məqsəd itkin düşən alpinistlərin axtarış prosesi ilə yerində tanış olmaq və bunun ictimaiyyətə çatdırılmasını təmin etməkdir.

Xatırladaq ki, “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə dekabrın 23-dən dağlarda itkin düşüblər.