Yoluxanların sayı bu gün də artdı

08 Dekabr, 2020 15:18 | Sosial | Baxış sayı: 77
Koronavirus xəstəxanası
Koronavirus xəstəxanası

Bu günə olan məlumata görə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 387 yeni yoluxma faktı qeydə alınıb, 3 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İstiPress-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

COVID-19 testinin nəticəsi müsbət çıxan daha 38 nəfər vəfat edib.