Prezidentin təşəbbüsü: Bakı metrosunda yeni “8 noyabr” stansiyası açılır

08 Dekabr, 2020 12:59 | Sosial | Baxış sayı: 419
Nazirlər Kabineti
Nazirlər Kabineti

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

İstiPress-in məlumatına görə, Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.