İngiltərədə türk vaksini ilk olaraq 90 yaşlı qadına vuruldu - VİDEO

08 Dekabr, 2020 13:44 | Sosial | Baxış sayı: 71

Böyük Britaniya bu gün koronavirusa qarşı istehsal olunan peyvəndin tətbiqinə başlayıb.

İstiPress-in məlumatına görə, ölkə türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi vaksinin vurulmasına start verib. 

“Pfizer/Biontech” firmasının peyvəndi Şimali İrlandiyadan olan 91 yaşlı Marqaret Keenana tətbiq edilib. Bununla da, dünyada bir ilkə imza atılıb.

İngiltərədə dekabrın 8-dən etibarən yaşı 80-dən yuxarı olan vətəndaşlar peyvənd olunacaqlar.

Qeyd edək ki, İngiltərə sözügedən şirkətlərdən 800 min doza vaksin alıb.