Hikmət Hacıyev: "Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər"

08 Dekabr, 2020 16:44 | Sosial | Baxış sayı: 115
Hikmət Hacıyev
Hikmət Hacıyev

“Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm”.

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: “Biz karantin qaydalarına əməl etməklə və birgə səylərimizlə koronavirus cəbhəsində də qələbə çalacağıq".