Kollecdə yanğın - ölü sayı 10-a çatıb

08 Dekabr, 2019 14:56 | Sosial | Baxış sayı: 172

Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğında ölənlərin sayı 10-a çatıb. 

İstiPress-in məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Xəsarət alan otuz nəfərdən doqquzu xəstəxanadadır. 

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib. Ölkə ərazisində bütün dövlət bayraqları endirilib. 

Faktla bağlı araşdırma davam etdirilir. 

Xatırladaq ki, dekabrın 4-də baş vermiş yanğın zamanı kollecin tavanı uçmuşdu.