Vağzalda saxlama kameraları açıldı - 1 manata

08 Noyabr, 2019 12:03 | Sosial | Baxış sayı: 58
Saxlama kamerası
Saxlama kamerası

Kameralar saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) saxlama kameraları yenilənərək istifadəyə verilib. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "BBAK" bildiriblər. Saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AzN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat ---- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur. Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

BBAK-dən bildirilib ki, sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur. Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!