Sabahdan Bakı kəndlərinə avtobuslar buradan gedəcək

08 Noyabr, 2019 13:39 | Sosial | Baxış sayı: 233
Nəqliyyat Mübadilə Mərkəzi
Nəqliyyat Mübadilə Mərkəzi

Nəqliyyat Mübadilə Mərkəzi açılır

Sabahdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə veriləcək. Bakı Nəqliyyat Agentliyindən bu barədə məlumat verilib. 

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı sentyabrın 25-də olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.