Basqalda yeni məktəb tikiləcək

08 Noyabr, 2018 08:57 | Sosial | Baxış sayı: 18
Yeni məktəb
Yeni məktəb

Prezident vəsait ayrılması barədə sərəncam imzalayıb

İsmayıllı rayonunun Basqal qəsəbəsində yeni ümumtəhsil məktəbi tikiləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

"İsmayıllı rayonunun Basqal qəsəbəsində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın".

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.